Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 10 iyun tarixində məlumat daxil olub.
Hadisə Yeni Gəncə qəsəbəsinin Mehmandarov küçəsində qeydə alınıb. İşıqforun yanında “Hyundai” və “KİA” markalı minik avtomobilləri toqquşub. Nəticədə xəsarət alan olmayıb.
Maşınların hər ikisinə zərər dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.