Gəncədə konsert baş tutacaq. Bu haqda 6 fevral tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.
Joseph Abbas şəhərimizin qonağı olacaq. Roksevərlər 10 mart tarixində baş tutacaq konsertdə iştirak edə bilərlər. Müğənni Art Garden Ganja-ya məxsus “Tursh kafe”də çıxış edəcək.
İştirak haqqı 18 manatdır. Biletləri kafenin özündən əldə etmək mümkündür.
Əlavə məlumat üçün (050) 723 11 61 nömrəsi ilə əlaqə saxlamaq olar.