Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar çıxış ediblər. Bu haqda Gencexeber.az-a 16 mart tarixində məlumat daxil olub.
Tədbir Gəncə Dövlət Kukla Teatrında baş tutub. Burada UAFA-nın Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin “İncəsənət” və “Müalicəvi idman” dərnəklərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların çıxışları olub. Onlar şeir və mahnılar səsləndiriblər, müxtəlif idman hərəkətləri nümayiş etdiriblər.
Tədbirə balacaların valideynləri ilə yanaşı, şəhər sakinləri də qatılıblar.
[modula id="34448"]