Gəncə təmsilçiləri müayinədən keçiblər. Bu haqda 30 oktyabr tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Söhbət “Gəncə” VK-nın üzvlərindən gedir. Qadın voleybolçularımıza Abbas Səhhət adına Xəstəxana və Kardioloji Xəstəxanada laborator, terapevtik, kardioloji, nevroloji, travmatoloji, ginekoloji, rentgenoloji və USM müayinələri olunub. Burada komandanın 15 üzvünə xidmət göstərilib.
Növbəti aylarda da bu cür tibbi müayinələrin davam etdirilməsinin nəzərdə tutulduğu bildirilir.
Xatırladaq ki, bir neçə gün öncə klub ilə şəhər Birləşmiş Xəstəxanası arasında müqavilənin bağlanması haqda məlumat vermişdik.