Gəncədə iki küçə təmir edilir. Bu haqda Gencexeber.az -a 18 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Vəli Xuluflu, Ələsgər Məmmədov və Atilla küçələrindən gedir. Adıçəkilən ərazilərə texnika və canlı qüvvə cəlb olunub. Küçələrdə köhnə asfalt örtüyü qaşınıb, yol səthi bərabərləşdirilib.
Hal-hazırda yolun hərəkət hissəsinə asfalt örtüyü salınır. Daha sonra yol xətləri və nişanları çəkiləcək.
[modula id="48207"]