Gəncədə uşaqlar üçün ekskursiya təşkil olunub. Bu haqda 23 fevral tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.
Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri Gəncə şəhər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Mərkəzin bələdçisi Sevinc Bədəlova onlara Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti barədə bəhs edib. Həmçinin burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, ekskursiya “Heydər Əliyev ili” çərçivəsində keçirilib.