Gəncədə Şuşa ilə bağlı kitabçaların təqdimatı olacaq. Bu haqda Gencexeber.az-a 24 fevral tarixində məlumat daxil olub.
Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi aparılır. Burada iştirak hüququ qazanmış 15 gənc Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında araşdırma aparıb və kitabçalar hazırlayıblar.
Növbəti mərhələdə həmin kitabçaların Gəncədə fəaliyyət göstərən təhsil müəssisələrində təqdimatı baş tutacaq. Həmçinin onların təqdimatı və şəhər əhalisinin layihə haqqında məlumatlılığını təmin etmək məqsədilə “Şuşa Mədəniyyəti Festivalı” həyata keçiriləcək.