Gəncədə Su çərşənbəsi münasibətilə yığıncaq olacaq. Bu haqda 21 fevral tarixində “Tursh” kafesinə istinadən məlumat veririk.
Bu gün ölkəmizdə Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olunur. “Tursh” kafesində bununla bağlı yumurta döyüşdürmə yarışı keçiriləcək. Sonda qaliblərə hədiyyələr təqdim olunacaq. Müsabiqə bu gün, 21 fevral saat 18:00-da baş tutacaq.
Həmçinin çərşənbənin adətlərindən olan sulaşma da təşkil olunacaq. Giriş ödənişsizdir. Yığıncaqda istəyən hər kəs iştirak edə bilər.
Xatırladaq ki, bu gün kafedə “Tonqal və musiqi axşamı” keçiriləcək.