Gəncədə ikinci çərşənbədə yığıncaq təşkil olunacaq. Bu haqda 23 fevral tarixində “Tursh” kafesinə istinadən məlumat veririk.
28 fevral saat 19:00-da Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi qeyd ediləcək. Bu səbəblə “Tursh kafe”də “Tonqal və musiqi axşamı” baş tutacaq. İştirakçılar tonqal ətrafına toplaşaraq canlı musiqi dinləyəcək, adətlərimizi yada salaraq söhbət edəcəklər. Burada manqal, Novruz oyunları və samovar çayı da olacaq.
Yığıncaqda iştirak ödənişsizdir. Qatılmaq üçün ad, soyad və neçə insanın qatılacağını (055) 936 30 17 nömrəsinə yazaraq qeydiyyatdan keçmək lazımdır.