Gəncədə növbəti çərşənbə yığıncaqla qeyd olunacaq. Bu haqda 3 mart tarixində “Tursh” kafesinə istinadən məlumat veririk.
7 mart saat 19:00-da Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd ediləcək. Bu səbəblə “Tursh kafe”də “Tonqal və musiqi axşamı” baş tutacaq. İştirakçılar tonqal ətrafına toplaşaraq canlı musiqi dinləyəcək, yallı gedəcək, adətlərimizi yada salaraq söhbət edəcəklər. Burada manqal və samovar çayı da olacaq.
Yığıncaqda iştirak ödənişsizdir. Qatılmaq üçün ad, soyad və neçə insanın qatılacağını (055) 936 30 17 nömrəsinə yazaraq qeydiyyatdan keçmək lazımdır.