Müğənni Damla Gəncədə yerləşən "N" saylı hərbi hissədə çıxış edib. Bu məlumat ifaçının İnstagram səhifəsində dərc edilib.
Sənətçi Vətən keşikçilərinin qarşısında konsert proqramı ilə çıxış edib. Xanım hərbçilərlə rəqs edib, əylənib. Əsgərlər müğənninin "Bu yaxınlarda" mahnısını onunla birgə ifa ediblər.