Türkiyənin Gəncədəki Baş konsulluğu şəhidin ailəsini ziyarət edib. Bu haqda 28 yanvar tarixində Gəncə Baş konsulluğuna istinadən xəbər veririk.
Konsul Recep Öztop və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı şəhid Teymur İsmayılovun anası Lilpər Ələkbərova, qazi Səlim Kərimovun ailəsi ilə görüşüblər. Ailələrin qayğıları ilə maraqlanan qonaqlar onlarla həmsöhbət olublar.