Gəncədə peşə təhsili alan tələbələr üçün ekskursiya təşkil olunub. Bu haqda 15 fevral tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat veririk.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin "Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi" üzrə ixtisas tələbələri “Premium” hotelində ekskursiyada olublar. Ziyarət çərçivəsində hotelin rəhbəri Elmar bəylə birlikdə mehmanxananın fəaliyyəti,strukturunda mövcud olan imkanlar və otaq növləri ilə bağlı məlumatlandırıcı görüş baş tutub.
Ekskursiya zamanı dərslərdə keçilən hotel işləri haqqında nəzəri biliklərlə tələbələr əyani tanış olublar və onlara maraqlı olan suallar cavablandırılıb.