Gəncədə Vətən müharibəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu haqda 27 sentyabr tarixində təhsil müəssisələrinə istinadən məlumat veririk.
Şəhər ərazisində yerləşən universitet, peşə və orta təhsil məktəbləri, kolleclər və bağçalarda Anım Gününə həsr olunan tədbirlər təşkil olunub. Öncə şəhidlərimizin xatirəsi yad edilib.
Daha sonra şəhid və qazilərimizin qəhrəmanlığından danışılıb. Bəzi təhsil müəssisələrində videoçarxlar nümayiş olunub. Vətən müharibəsi iştirakçıları xatirələrini bölüşüblər.
[modula id="46826"]