Gəncədə bəzi küçələrdə piyada keçidi xətləri silinib. Bu haqda Gencexeber.az-a 13 fevral tarixində məlumat daxil olub.
Bu hal Bayan və Bağmanlar küçələrinin kəsişməsində, Nəriman Nərimanov küçəsində müşahidə olunur. Burada piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün çəkilmiş “zebra”lar silinərək görünməz hala gəlib.
Nəticədə sakinlər yolu keçməkdə çətinlik çəkirlər. Onlar bildirirlər ki, ərazidə yol nişanı olsa da, bir çox sürücülər yol vermirlər.