Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 15 fevral tarixində Mənzil Kommunal İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin rəis müavinləri sakinlərlə görüşüblər. Burada kommunal sahə ilə bağlı şikayət və təkliflər dinlənilib. Müraciətlər arasında işlə təminat, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi, küçə işıqlandırılması, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi kimi məsələlər üstünlük təşkil edib.
Səsləndirilən şikayət və təkliflərin qanunvericiliyə uyğun həll olunması üçün qurumun müvafiq şöbələrinə tapşırıqlar verilib.