Gəncədə növbəti vətəndaş qəbulu keçirilib. Bu haqda 8 fevral tarixində Mənzil Kommunal İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin rəisi Nurəhməd Əhmədov sakinlərlə görüşüb. Burada onların kommunal sahə ilə bağlı şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi, küçə işıqlandırılması, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi kimi məsələlər üstünlük təşkil edib.
Səsləndirilən şikayət və təkliflərin həll olunması istiqamətində qurumun müvafiq şöbələrinə tapşırıqlar verilib.