Gəncədə parklardan biri baxımsız haldadır. Bu haqda Gencexeber.az-a 24 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Yeni Gəncə yaşayış massivindən gedir. Sakinlərin sözlərinə görə, keçmiş Nizami rayon İcra Hakimiyyəti binasının yaxınlığındakı istirahət guşəsi yığışdırılmır. Onlar bildirirlər ki, burada məişət tullantıları və şüşə qırıqlarına rast gəlinir.
“Həm yaşlılar, həm də uşaqlı ailələr bu parkı çox sevirlər. Çıxıb təmiz hava alırıq. Amma parkda natəmizlik hökm sürür. Yol isə şüşə qırıntıları ilə doludur. Uşaqların ayaqlarını kəsər deyə, çox narahatıq. Parkın səliqəyə salınmasını arzu edirik”, - deyə sakinlər qeyd ediblər.