Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 2 avqust tarixində məlumat veririk.
Hadisə şəhərin Cavad xan küçəsində qeydə alınıb. “Hyundai” markalı minik maşını 29 saylı marşrut xətti ilə hərəkət edən “Mercedes” markalı avtobusla toqquşub. Nəticədə sonuncu aşıb.
İlkin məlumata əsasən, qəza zamanı iki nəfər xəsarət alıb. Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
[modula id="41777"]