Gəncədə sürücülərin problemlərindən biri həllini tapır. Bu haqda Gencexeber.az-a 10 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Heydər Əliyev prospektindən gedir. Burada bir sıra lüklər asfalt örtüyündən aşağıda yerləşirdi. Bu hal sürücülər üçün çətinlik yaradırdı. Həmin kanalizasiya quyularından bir neçəsinin ətrafı asfaltlanaraq yolun səviyyəsi ilə bərabərləşdirilib.