Gəncədə iki küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 27 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Sülh və Mobil Əhmədov küçələrindən gedir. Adıçəkilən ərazilərə texnika və canlı qüvvə cəlb olunub.
Sülh küçəsində yeni asfaltın salınması üçün hazırlıq gedir. Köhnə asfalt örtüyü qaşınır. Yol səthi bərabərləşdirilib.
Mobil Əhmədov küçəsi, 90, 156 və 168 ünvanlarında isə yeni asfalt örtüyü salınır. Növbəti mərhələdə yol nişanları və nişanlanma xətləri çəkiləcək.