Gəncədə Xalq artisti təltif olunub. Bu haqda 4 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Xalq artisti, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Rafael Bayramovu 70 illik yubileyi münasibətilə təbrik edib. Niyazi Bayramov ona xoş arzularını çatdırıb və yaradıcılıq fəaliyyətinin davamlı olmasını diləyib. Daha sonra o, şəhərin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Xalq artistinə “Təşəkkürnamə” və hədiyyə təqdim edib.