Gəncədə maarifləndirici tədbir keçiriləcək. Bu haqda 1 avqust tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən məlumat veririk.
Tədbir 2 avqust tarixində baş tutacaq. “Qadınların əmək hüquqları" mövzusunda seminarı Dövlət Əmək Müfəttişliyi Xidməti təşkil edir.
İştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional şöbəsinin elektron poçt ünvanına (demx_ganja@sosial.gov.az) müraciət edə bilərlər. Burada müəssisənin adı, iştirak edəcək şəxsin adı, soyadı, ata adı, əlaqə nömrəsi və elektron poçt ünvanı qeyd olunmalıdır.