Gəncədə kurslardan birində tələbə qəbulu aparılır. Bu haqda 22 noyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
Psixologiya sahəsini professional səviyyədə öyrənmək istəyənlər üçün ödənişsiz kurs təşkil olunur. Dərslər peşəkar psixoloq-müəllim Günəş Seyfullahzadə tərəfindən yeni dərs metodikası ilə tədris ediləcək.
Kursun sonunda sertifikat veriləcək.
Dərslərə yazılmaq istəyən şəxslər (077) 375 74 76 nömrəsi ilə əlaqə saxlaya bilərlər.