Gəncədə proqramlaşdırma üzrə ödənişsiz dərslər başlayır. Bu haqda 16 fevral tarixində Gəncə Amerika Mərkəzinə istinadən məlumat veririk.
“Program Your Future” adlı layihə 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Burada iştirakçılara proqramlaşdırmanın əsasları və kodlaşdırma öyrədiləcək. Dərslər IT STEP Academy təlimçiləri tərəfindən keçiriləcək. Təlimlərdə məktəblilər HTML, CSS, Figma və digər proqramlarla işləyəcəklər.
Layihə 27 fevral tarixində start götürür və 3 ay davam edəcək. Burada iştirak ödənişsizdir. Qatılmaq üçün 22 fevraladək link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Sonda iştirakçılara sertifikat təqdim olunacaq.