Gəncədə qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu haqda 7 fevral tarixində Report-a istinadən məlumat veririk.
Ötən gün şəhərin Atatürk prospektində 53 yaşlı piyada Murad Ələkbərovun naməlum maşın tərəfindən vurulması barədə məlumat vermişdik. Kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
2-ci Polis Şöbəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-21011" markalı avtomobillə şəhər ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan 29 yaşlı şəhər sakini Aqil Sadıqov saxlanılıb. O, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.