Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 6 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 53 yaşlı piyada Murad Ələkbərovu vurub. Kişi xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən şəxs hadisə yerindən qaçıb.