Gəncədə daha bir intellektual oyun baş tutub. Bu haqda 27 fevral tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat veririk.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr olunmuş intellektual oyun keçirilib. İlk öncə Xocalı faciəsi haqqında gənclərimizə məlumat verilib. 3 mərhələdən ibarət olan intellektual oyunun yarımfinal mərhələsi tamamlanıb.
Yarışda iştirak edən 6 komandadan 2-si finalda iştirak şansı qazanıb.