Gəncədə silinmiş “zebra”larla bağlı işıqlandırdığımız məsələ qismən həll olunub. Bu haqda Gencexeber.az-a 14 fevral tarixində məlumat daxil olub.
Ötən gün şəhərin Bayan və Bağmanlar küçələrinin kəsişməsində, Nəriman Nərimanov küçəsində piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün çəkilmiş “zebra”ların silinərək görünməz hala gəlməsi barədə paylaşım etmişdik. Bu gün Nəriman Nərimanov və Ərdəbil küçələrinin kəsişməsində piyadalar üçün işıqfor quraşdırılıb. Bu yoldan 9 və 11 nömrəli məktəblərin şagirdləri istifadə edirlər.
Bundan başqa, Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Qeyd olunan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.