Gəncənin mərkəzi küçəsində təmizlik işləri görülüb. Bu haqda 13 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən xəbər veririk.
Təmizlik işləri şəhərin Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərində aparılıb. Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təşkil olunub. İməciliyə Ərazi Xidmət Sahələrinin əməkdaşları və Birliyin texnikası cəlb olunub. Adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də daş, qum və toz-torpaqdan təmizlənib. Məişət tullantılarının atılması üçün nəzərdə tutulan müxtəlif tutumlu konteynerlərin və zibil qutularının ətrafı tam təmizlənib. Yığılan xəzəllər və digər tullantılar bir yerə toplanaraq ərazidən daşınması təmin edilib.