Gəncədə iki avtomobil toqquşub. Bu haqda Gencexeber.az-a 4 sentyabr tarixində məlumat daxil olub.
Hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. Eyni istiqamət üzrə hərəkət edən “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.