Gəncədə səyyar qəbul baş tutub. Bu haqda 2 mart tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Niyazi Bayramov 14 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib. Onunla birgə görüşdə millət vəkili Müşfiq Cəfərov, İcra başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.
Sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Onların arasında mənzil növbəliyi, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və s. məsələlər üstünlük təşkil edib.
Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata götürülüb.