Gəncədə gənclər üçün yaradılan danışıq klubu yenidən fəaliyyətə başlayıb. Bu haqda 14 yanvar tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“GenOrators” ingilis dili danışıq klubu Gənclər Evinin və GİKM-in təşkilatçılığı ilə yaradılıb. Burada müxtəlif mövzularda müzakirələr və oyunlar təşkil olunacaq. Yeni mövsümdə ilk dərs 19 yanvar tarixində saat 14:00-da Gənclər Evində keçiriləcək.
Qatılmaq istəyən hər kəs dərslərə ödənişsiz və qeydiyyatsız qoşula bilər.
Qeyd edək ki, Gəncə Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.