Gəncədə bəzi sakinləri məhəllələrinin baxımsız olması narahat edir. Bu haqda Gencexeber.az-a 23 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin 3-cü mikrorayonundan gedir. 18, 19, 20, 21 və 22 saylı binaların qarşısındakı ərazidə asfalt örtüyü yoxdur. Sakinlər bildirirlər ki, bu səbəbdən yayda toz, digər fəsillərdə isə yağışdan sonra palçıq əmələ gəlir.
“Ətrafdakı digər məhəllələrə asfalt çəkilib. Təkcə bizimki baxımsız qalıb. Uşaqlar toz-torpaqda oynayırlar. Binamızın qarşısında “Abad məhəllə” salınmasını istəyirik”, - deyə onlar qeyd ediblər.