Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 16 yanvar tarixində məlumat daxil olub.
Hadisə Yeni Gəncə qəsəbəsində, Mehmandarov küçəsində qeydə alınıb. “Kia” markalı avtomobil hərəkətdə olan 1 nömrəli marşrut xəttinin avtobusu ilə toqquşub. Nəticədə avtobus yolun kənarında parklanmış “Opel”ə çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.