Gəncədə muzdlu işçilərin maaşı açıqlanıb. Bu haqda 14 avqust tarixində Fed.az-a istinadən məlumat veririk.
Gəncə şəhər Statistika İdarəsindən sənaye sahəsində muzdla çalışanların sayı elan olunub. Bildirilir ki, dövlət sektorunda 4001, qeyri-dövlət sektorunda isə 2850 nəfər muzdla işləyib. Onların hər birinə verilən orta aylıq əməkhaqqı 675,7 manat təşkil edib.
Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 650,3 manat, qeyri-dövlət sektorunda isə 711,2 manat olub.