Məktəblərin SMM əməkdaşları bir araya gəliblər. Bu haqda 26 yanvar tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin sosial şəbəkə hesablarına məsul əməkdaşlarla görüş keçirilib. Onlayn tədbir sosial media sahəsində praktiki biliklərin artırılması məqsədilə təşkil olunub.
Burada müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən hər bir ümumtəhsil məktəbinin sosial şəbəkə hesabları monitorinq edilib, əməkdaşlara müvafiq tövsiyələr verilib.