Gəncədə növbəti təmizlik işləri görülüb. Bu haqda 11 fevral tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
Bu gün Gəncəçayın məcrası növbəti dəfə təmizlənib. İşlər şəhərin bütün körpülərinin ətraf ərazilərində və çay məcrası boyunca aparılıb. Sel sularının gətirdiyi məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları yığılaraq ərazidən daşınıb. Həmçinin yabanı halda kolların və alaq otlarının nəzarətsiz şəkildə inkşafının və artmasının qarşısı alınıb.