Gəncədə təmizlik aksiyaları davam edir. Bu haqda 17 fevral tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
Növbəti işlər şəhərin Avtozavod yolunda və Yeni Gəncə yaşayış massivinin ərazisində görülüb. Buraya Ərazi Xidmət Sahələrinin əməkdaşları və birliyin texnikası cəlb olunub.
Ərazilər məişət tullantılarından, alaq otlarından, daş, qum və toz-torpaqdan təmizlənib. Məişət tullantılarının atılması üçün nəzərdə tutulan müxtəlif tutumlu konteynerlərin və zibil qutularının ətrafı yığışdırılıb. Tullantılar bir yerə toplanaraq ərazidən daşınıb.