Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 2 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin önündə qeydə alınıb. Minik avtomobili hərəkətdə olan zaman motosikletə çarpılıb. Nəticədə ikitəkərlinin sürücüsü ağır xəsarət alıb.
Əraziyə yol polisi əməkdaşları və təcili yardım briqadası gəlib. Faktla bağlı araşdırma aparılır.