Gəncədə bir nəfər azyaşlı xilas edilib. Bu haqda 3 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Bu gün, 3 iyun səhər saatlarında FHN-in “112” qaynar xəttinə bir uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə xilasetmə qüvvələri cəlb edilib.
Onlar mənzilin qapısını açaraq, nəzarətsiz qalan azyaşlıya müvafiq köməklik göstəriblər.