Məktəblilərimiz Daşkəsən rayonunda olublar. Bu haqda 27 yanvar tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Tədbir “Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində keçirilib. Gəncə şəhər 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin direktoru, müəllim və şagirdləri, həmçinin Regional Təhsil İdarəsinin əməkdaşları Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbinə səfər ediblər.
İlk növbədə Daşkəsən rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra Qabaqtəpə kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi ilə görüş keçirilib, onlara hədiyyələr təqdim olunub.