Gəncədə ekskursiya təşkil olunub. Bu haqda 18 fevral tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Gəncə Kommersiya Məhkəməsinin əməkdaşları "Heydər Əliyev ili" çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. İlk öncə abidə önünə güllər qoyulub. Sonra mərkəzin direktor əvəzi İlknur İsgəndərova qonaqlara mərkəzin fəaliyyəti və Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib.
Dəyirmi masa ətrafında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan misilsiz xidmətlərindən bəhs edilib. Sonda “Xalqa bağışlanmış ömürdən anlar” adlı videoçarx nümayiş olunub.