Gəncədə “Əlaçı” verilişi üçün seçim turu keçirilib. Bu haqda 11 fevral tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Seçim turunda Gəncə ilə yanaşı, Naftalan şəhəri, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarından şagirdlər qatılıblar. Burada ümumilikdə 175 nəfər nəfər biliklərini sınayıb.
Ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak edəcəklər.