Gəncədə abadlıq işləri görülüb. Bu haqda Gencexeber.az-a 26 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Krılov küçəsindən gedir. Adıçəkilən əraziyə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Küçədə baxımsız piyada səkiləri səliqəyə salınıb, kol-kosdan təmizlənib.
Sakinlər bildirirlər ki, bir müddət səkilər baxımsız olduğu üçün piyadalar avtomobil yolu ilə hərəkət edirdi.