Gəncədə üç torpaq sahəsi müsabiqəyə çıxarılıb. Bu haqda 20 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər veririk.
23 noyabr saat 15:00-da növbəti müsabiqə keçiriləcək. Burada iki torpaq sahəsi satışa çıxarılacaq (200 və 383 kvadratmetr), biri isə 20 illik icarəyə veriləcək (200 kvadratmetr).
Satış üçün olan torpaqlar fərdi yaşayış evi üçün nəzərdə tutulub. Ətraflı məlumat əldə etmək istəyənlər linkə keçid edə bilərlər.
Qeyd edək ki, müsabiqə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsində (Heydər Əliyev meydanı, İcra Hakimiyyətinin binasında) keçiriləcək.