Gəncədə iki küçədə qazıntı işləri aparılır. Bu haqda Gencexeber.az-a 24 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Dədə Yediyar (keçmiş Vatutin) və Aida İmanquliyeva küçələrindən gedir. Ərazilərə canlı qüvvə və texnika cəlb olunub. Küçələrin bir hissəsi qazılır. Həmin ərazilərə müvafiq olaraq, yeni kanalizasiya və su boruları yerləşdiriləcək.
İşlər tamamlandıqdan sonra asfalt örtüyünün bərpa olunacağı bildirilir.
[modula id="48587"]