Gəncədə sahibkarlar üçün təlim keçirilib. Bu haqda 2 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat veririk.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mərkəzi tərəfindən "Aqrar sığorta" mövzusunda maarifləndirici təlim təşkil olunub. Burada KOBİM-in eksperti tərəfindən sığorta məbləğinin müəyyən edilməsi, sığorta predmeti və müqavilənin bağlanması, eləcə də sığorta hadisəsi zamanı tələb olunan sənədlər barədə danışılıb.
Tədbirdə ümumilikdə 15 nəfər iştirak edib. Burada, həmçinin aqrar sığorta mexanizmi, onun iş prinsipi və inkişaf perspektivləri, bu sahədə işin səmərəli təşkili ilə bağlı informasiya verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, qurum tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.