Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 27 dekabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami prospekti ilə Müseyib Bağırov küçəsinin kəsişməsində qeydə alınıb. İki “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.