Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 1 avqust tarixində Report-a istinadən xəbər veririk.
Hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb. "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maşına çarpılıb. Nəticədə 40 yaşlı Vaqif Rəhimov və 16 yaşlı oğlu F.Rəhimov xəsarət alıblar.
Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.